"İndi heç kim çölə çıxmır"

2 Mart 2020 00:52 Sumqayıt 738
"İndi heç kim çölə çıxmır"

"İrana koronavirus gələndən camaat bir-birinə yaxınlaşmır ki, bu xəstəliyə yoluxmasınlar".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Peyman Babayi deyib.

6 yaşlı hücumçu bildirib ki, valideynlərinin yaşadığı Təbrizdə hələ bu xəstəliyə rast gəlinməyib: "İranda koronavirusun yayıldığı əsas şəhər Qumdur. Tehran, İsfahan, Save, Şumal kimi şəhərlərdə də bu xəstəliyə yoluxma halları aşkarlanıb.

Xoşbəxtlikdən, Təbrizdə hələ bu cür xəstəlik yoxdur. Hər halda, belə eşitmişəm. İnanıram ki, xəstəliyin miqyası böyüməyəcək və tezliklə də aradan qalxacaq".

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində koronavirusun yayılması insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərib: "Əvvəllər bayramdan əvvəl insanlar alış-verişlə, evlərinin təmizliyi ilə məşğul olardılar.

Amma indi heç kim çölə çıxmır. Bu virusun bütün ölkələrdə yayılması çox böyük dərddir. Allah hamımızın köməyi olsun. Ümidvaram ki, həkimlər tezliklə bu xəstəliyin də dərmanını tapacaqlar".

Xəbər Lenti