"Kiminsə səhvi oldu deyə..."

1 Mart 2020 17:00 Sumqayıt 548
"Kiminsə səhvi oldu deyə..."

"Çox maraqlı və ağır oyun oldu"

Bu sözləri Sportinfo.az-a "Sumqayıt" - "Keşlə" görüşü (2-2) barədə açıqlamasında "Sumqayıt"ın kapitanı Şəhriyar Əliyev deyib.

Əliyev fikirlərinə belə davam edib: "Baş məşqçimiz əvvəlcədən rəqibi analiz edib, bizə öz tapşırıqlarını vermişdi. Bilirdik ki, "Keşlə" əks hücumlardan istifadə etməyi yaxşı bacaran komandadır.

Oyun ərzində hər iki tərəfin də qələbə üçün yetəri qədər şansları oldu. Düzdü, bizim şansımız daha çox idi. Təəssüf ki, qələbə qazana bilmədik. Artıq bu gündən fikirlərimizi qarşıdakı "Qəbələ" ilə görüşə yönəltmişik"

Mərkəz müdafiəçisi hesabda 2 dəfə önə çıxdıqları oyunda, üstünlüyü qoruya bilməmələri haqda isə bunları deyib: "Açığı, rəqibin oyun sisteminə bələd idik.

Daha çox müdafiəçilərin arxasına göndərilən uzun ötürmələrdən istifadə edirdilər. İki dəfə hesabda önə çıxsaq da, qələbə hesabın qoruya bilmədik. Kiminsə səhvi oldu deyə bir şey yoxdur.

Müdafiə hücumdan başlayır. Qol buraxmışıqsa, hamımızın bunda müəyyən səhvi var. İkinci qolda isə ümumiyyətlə, Slavikdən gözləmirdik ki, o məsafədən qapını düşünsün.

Oyunun tempi də yüksək idi. Hesabda öndə olsaq da, bəzən tələskənliyimiz var idi. Məşqlərdə səhvlərimizin üzərində işləyəcəyik ki, qarşıdakı görüşlərdə belə üstünlükləri əldən verməyək"

Digər Xəbərlər
Xəbər Lenti