“Sumqayıt”ın ofisində oğurluq oldu, kameraya düşdü

1 Mart 2020 01:06 Sumqayıt 1 133
“Sumqayıt”ın ofisində oğurluq oldu, kameraya düşdü

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın bazasında oğurluq baş verib.

Axşam saatlarında naməlum şəxs “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal və menecer Fərhad Həsənovun otağına pəncərədən daxil olaraq, onlar məxsus noutbukları oğurlayaraq aradan çıxıb.

Həmin vaxt stadionun gözətçisi iş başında olsa da, oğurluq edən şəxsi görməyib. Müşahidə kameralarının qeydə aldığı görüntülərdə isə oğrunun əlində kompüterlər sakit halda stadionu tərk etdiyi görünür.

Ancaq müşahidə kamerları həmin şəxsi arxadan çəkib. Mənbəmiz onu da bildirdi ki, oğurluqla bağlı polisə məlumat verilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər, əl izlərini götürüblər.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi