"Sumqayıt" rəhbərliyindən getmək istəyən var

15 Fevral 2020 16:45 Sumqayıt 914
"Sumqayıt" rəhbərliyindən getmək istəyən var

"Sumqayıt"ın rəhbərliyində dəyişiklik gözlənilir.

Sportinfo.az-ın məlumatına görə, Vaqif Ömərov vitse-prezident postundan getmək istəyi ilə bağlı müraciət edib.

2011-ci ildən "gənclik şəhəri" təmsilçisində fəaliyyət göstərən 68 yaşlı funksioner səhhətində yaranmış problemlə əlaqədar artıq kluba kifayət qədər vaxt ayıra bilmir.

Hazırda həkim nəzarətində olan Ömərovun yerinə bir neçə namizəd var. Onlardan biri də Vaqif bəyin öz oğludur. Pərviz Ömərov uzun müddətdir "Sumqayıt"ın baş mühasibi çalışır və etibarlı kadr kimi qəbul olunur.

Digər Xəbərlər
Xəbər Lenti