Premyer Liqa klubu bu adamın qədrini bilsin! - FOTO

10 Fevral 2020 21:46 Sumqayıt 1 370
Premyer Liqa klubu bu adamın qədrini bilsin! - FOTO

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbadov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Zirə”yə qarşı matçda daha bir gənc futbolçuya şans verib.

Sportinfo.az xəbər verir ki, ikinci hissədə Xəyal Nəcəfovun əvəzinə meydana daxil olan 20 yaşlı Nəbi Məmmədov Premyer Liqada debüt oyununu keçirib.

Bununla da, “Sumqayıt”ın heyətində bu mövsümdə meydana çıxan limitə uyğun futbolçuların sayı 6-ya yüksəlib. “Sumqayıt” bu mövsüm hamıdan çox gənc futbolçulara şans verib.

1. Elvin Cəfərquliyev - 26.10.2000-ci il / 13 oyun (1002 dəqiqə) - 2 qol.

2. Səbuhi Abdullazadə - 18.12.2001-ci il / 13 oyun (752 dəqiqə).

3. Süleyman Əhmədov - 25.11.1999-cu il / 12 oyun (758 dəqiqə).

4. Murad Xaçayev - 14.04.1998-ci il / 2 oyun (172 dəqiqə).

5. Rüfət Abdullazadə - 17.01.2001-ci il / 2 oyun (21 dəqiqə).

6. Nəbi Məmmədov – 20.08.1999-cu il / 1 oyun (3 dəqiqə).

Xəbər Lenti