Bir-birlərini döymək istəyən azərbaycanlı futbolçular - VİDEO

10 Fevral 2020 10:24 Sumqayıt 1 043
Bir-birlərini döymək istəyən azərbaycanlı futbolçular - VİDEO

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Sumqayıt” – “Zirə” matçı (2:1) qalmaqalla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, görüşün 35-ci dəqiqəsində top uğrunda mübarizə zamanı qonaq komandanın futbolçusu İlkin Muradov “kimyaçılar”ın yarımmüdafiəçisi Əmir Ağayevin sifətinə zərbə endirib.

Baş hakim Orxan Məmmədov Muradova ikinci sarı vərəqəni verərək meydandan qovub. Bu, “Zirə”lilərin digər oyunçularında qıcıq yaradıb.

Nəticədə hər iki komanda üzvləri arasında kütləvi toqquşma baş verib. Məsələyə texniki heyət də qatılıb. Bəzi futbolçular aranı sakitləşdirməyə, onları ayırmağa çalışıb.

Bir neçə dəqiqədən sonra ara sakitləşib. Referi toqquşmanın ən “fəalları” olan – Cavid Hüseynov, Əmir Ağayev və Peyman Babayini sarı vərəqə ilə cəzalandırıb.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!