Azərbaycanın 2 komandası arasında İNSİDENT - FOTOLAR

9 Fevral 2020 09:14 Sumqayıt 647
Azərbaycanın 2 komandası arasında İNSİDENT - FOTOLAR

Premyer Liqada 16-cı turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, "Sumqayıt" evdə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.

Bu matçda futbolçular arasında münaqişə baş verib.

İnsident 37-ci dəqiqədə qonaq komandadan İlkin Muradovun yerli futbolçu Əmir Ağayevi top uğrunda mübarizə zamanı sifətinə zərbə endirməsindən sonra yaranıb. Baş hakim Orxan Məmmədov Muradova ikinci sarı vərəqəni verərək, meydandan qovub.

Hadisə yerinə digər futbolçular və texniki zonadakılar da özlərini çatdırıblar. Nəticədə onlar arasında kütləvi toqquşma baş verib. Bu zaman "Zirə"nin kapitanı Cavid Hüseynov, eləcə də Əmir Ağayev və Peyman Babayi xüsusi "fəallıq" göstəriblər.

Bir neçə dəqiqədən sonra ara sakitləşib. Referi hər üç oyunçuya sarı vərəqə göstərib.

Digər Xəbərlər
Xəbər Lenti