"Sumqayıt" - "Zirə" oyununda DAVA-DALAŞ

8 Fevral 2020 18:24 Sumqayıt 949
"Sumqayıt" - "Zirə" oyununda DAVA-DALAŞ

Premyer Liqanın XVI turunda keçirilən "Sumqayıt" - "Zirə" oyununda xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın 36-cı dəqiqəsindən sonra meydanda mübarizədən çox futbolçular arasında mübahisə diqqət çəkib.

İlkin Muradovun ikinci sarı vərəqə alaraq meydandan qovulması ilə razılaşmayan "Zirə"nin kapitanı Cavid Hüseynov baş hakim Orxan Məmmədova sərt şəkildə etirazını bildirib.

Rəqibin hücumçusu Peyman Babayinin araya girməsinə qəzəblənən Hüseynov onun üzərinə şığıyıb. Davanın böyüməsinə digər futbolçular imkan verməyiblər.

Ara sakitləşdikdən sonra referi hər iki futbolçunu, eyni zamanda "Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayevi sarı vərəqə ilə cəzalandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM