"Neftçi"dən 1 xal aldılar, 1000 istədilər, problem çıxdı

4 Fevral 2020 20:00 Sumqayıt 1 078
"Neftçi"dən 1 xal aldılar, 1000 istədilər, problem çıxdı

Premyer Liqanın üçüncü dövrəsinə "Neftçi" heç-heçəsi ilə start verən "Sumqayıt"da yenə narazılıq baş qaldırıb.

Sportinfo.az-ın məlumatına görə, "kimyaçılar" klub rəhbərliyindən 1 xalın maddi qarşılığını istəyib.

Səfərdə əldə olunan 1:1 üçün tələb olunan adambaşı mükafat 1000 manatdır. Ümumiyyətlə, "gənclik şəhəri" təmsilçisi cari mövsümün əvvəlindən ciddi maliyyə sıxıntısı çəkir.

Bu, mükafatların ödənilməsində özünü qabarıq göstərir. Avqustdan bəri cəmi 1 dəfə futbolçulara «ənam» verilib. Onda da 3 oyunun mükafatı üst-üstə yığılandan sonra.

"Neftçi" ilə kubok, "Qarabağ"la çempionat matçlarının mükafatı isə hələ də sahiblərinə çatmayıb. Burada yalnız Riad Rəfiyevi qınamaq da düzgün deyil.

O, klub prezidenti olaraq istəməz ki, hər dəfə futbolçuların qarşısında yalançı çıxsın. Rəfiyevə problemi "Azərikimya" yaradır. Baş sponsor qeyri-müəyyən səbəblərdən komandanın pulunu gecikdirir.

Digər Xəbərlər
Xəbər Lenti