"Sumqayıt"ın üzünə gün doğdu - VİDEO+FOTOLAR

26 Yanvar 2020 11:50 Sumqayıt 656
"Sumqayıt"ın üzünə gün doğdu - VİDEO+FOTOLAR

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” sonuncu yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, “kimyaçılar” Qazaxıstan “Şaxtyor”u ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matç sumqayıtlıların qələbəsiylə yekunlaşıb.

“Sumqayıt” Antalyada keçirdiyi əvvəlki yoxlama oyunlarında Macarıstan “Kaposvar”ına 3:4 hesabıyla uduzub, Rumıniya “Politexnika İaşi” klubu ilə qollu bərabərə qalıb (1:1), Polşa “Arka”sını isə məğlub edib (1:0).

"Sumqayıt" – "Şaxtyor" 4:2
Qol: Əmir Ağayev, 27. Amil Yunanov, 49; 62. Rəhim Sadıxov, 59.

Antalya, “Titanic” otelin stadionu.

Sumqayıt: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 5. Cəmaləddin Xocaniyazov, 10. Əmir Ağayev, 18. Süleyman Əhmədov, 22. Sərtan Taşqın, 44. Elvin Cəfərquliyev, 46. Aleksey İsayev, 70. Mehdi Şərifi, 90. Rəhim Sadıxov, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 8. Peyman Babayi, 9. Amil Yunanov, 14. Elvin Bədəlov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 50. İlqar Qurbanov, 88. Cavid Quliyev.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"