Azərbaycanlı baş məşqçi futbolçularından geri qalmadı - FOTOLAR

25 Yanvar 2020 15:26 Sumqayıt 829
Azərbaycanlı baş məşqçi futbolçularından geri qalmadı - FOTOLAR

“Sumqayıt” Antalyada son məşqini keçirib.

Sportinfo.az xəbər verir ki, komanda günü bir məşqlə başa vurub. Təxminən 1 saat 20 dəqiqəyə yaxın davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

"Sumqayıt" bu gün Türkiyədə sonuncu yoxlama oyununa çıxacaq. Ayxan Abbasovun yetirmələri Qazaxıstan təmsilçisi "Şaxtyor” (Karaqanda) ilə qarşılaşacaq.

Bələk bölgəsində yerləşən “Titanic” otelinin stadionunda keçiriləcək matç yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.

Bununla da təlim-məşq toplanışını başa vuracaq komanda yanvarın 26-sı səhər saatlarında vətənə qayıdacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda