"Sumqayıt"ın direktoru son OTEL OLAYIndan danışdı

23 Yanvar 2020 20:00 Sumqayıt 1 350
"Sumqayıt"ın direktoru son OTEL OLAYIndan danışdı

"Sumqayıt"la "Aska Resort" arasında dünən yaranmış problem artıq həll olunub.

Kubun idman direktoru Zamiq Hüseynov Sportinfo.az-a bildirib ki, komanda yanvarın 26-dək sözügedən oteldə qalacaq:

"İndi hər şey normaldır. İnanın səmimiyyətimə, burada olanları saytınıza başqa cür çatdırıblar, bir qədər şişirdiblər. Oteldə heç bir narahatlığımız, narazılığımız yoxdur. Təlim-məşq toplanışı öz qaydasında gedir. Plan üzrə hərəkət edirik".

Dünən xəbər verdiyimiz kimi, Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt"ın düşərpgəsində gözlənilməz hadisə yaşanıb. Yanvarın 12-dən Lara bölgəsində məskunlaşan komanda "Sumqayıt" rəhbərliyinin pul məsələsi ilə bağlı verdiyi vədə əməl etməməsinə görə 27-nə qədər qalacağı "Aska Resort" otelindən çıxarılıb.

Onlar gün ərzində Riad Rəfiyevi axtarsalar da, prezidentin qəfildən Azərbaycana qayıtdığını dəqiqləşdiriblər, odur ki, otel rəhbərliyi acığa düşərək, komandanı buradan çıxarmağı tapşırıb.

Futbolçuların küçədə gecələməli olmasından narahatlıq keçirən idman direktoru Zamiq Hüseynov Riad Rəfiyevlə əlaqə saxlayıb.

Prezident problem barədə eşidər-eşitməz, "mənim pulum-zadım yoxdur, gedin, necə bilirsiz, elə də edin" deyərək, telefonu klub rəsmisinin üzünə bağlayıb.

Belədə əlacı hər yerdən kəsilən Z.Hüseynov otel nümayəndələri ilə görüşə yollanıb, onları dilə tutub və 1 gün möhlət alıb.

Söz verib ki, qalıq bu gün ödəniləcək. Məhz idman direktorunun xahiş-minnətindən sonra komanda "Aska Resort"a buraxılıb.

Komanda üzvləri dekabrın əməkhaqqını səfərə çıxmazdan 1 gün əvvəl, yəni, yanvarın 11-də alıb. "Qarabağ"la çempionat, "Neftçi" ilə kubok oyunlarının mükafatı isə (2000 manat) hələ qalıb.

Rəfiyev onları bir necə dəfə aldadıb, mükafatları verməmək üçün müxtəlif bəhanələr uydurub. Əvvəlcə bildirib ki, UEFA-dan klubuna hesabına 100 min manat köçürülməlidir, onu gözləyir.

Həmin vəsait hesaba "yatızdırılandan" sonra isə iddia edib ki, aldıqları pulun böyük hissəsi Antalyada toplanışın təşkilinə xərclənib. İndi futbolçulara məlum olub ki, hörmətli Riad bəy onları barmağına dolayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi