"Sumqayıt" da qələbə qazanarmış - 3-CÜ CƏHDDƏ

21 Yanvar 2020 18:20 Sumqayıt 1 006
"Sumqayıt" da qələbə qazanarmış - 3-CÜ CƏHDDƏ

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda Polşa təmsilçisi “Arka” ilə qarşılaşıb.

Ayxan Abbasovun komandası Bələk bölgəsində yerləşən “Topkapı” otelinin stadionunda keçirilən matçda rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 8-ci dəqiqədə Əmir Ağayev vurub.

“Sumqayıt” Antalya toplanışındakı ilk yoxlama oyununda Macarıstanın “Kapoşvar” klubuna 3:4 hesabıyla uduzub, Rumıniyanın "Politexnika İaşi" klubu ilə "sülh" bağlayıb - 1:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti