"Sumqayıt" kasıblayıb: Həddi aşma, "radar"a düşmə!

21 Yanvar 2020 00:28 Sumqayıt 1 607
"Sumqayıt" kasıblayıb: Həddi aşma, "radar"a düşmə!

"Sumqayıt" rəhbərliyi ötən ilin əvvəlində aldığı avtobusa "qadağalar" tətbiq edib.

Sportinfo.az-ın məlumatına görə, kluba dəyərindən bir neçə dəfə baha başa gələn (təxminən 150 min manat) nəqliyyat markası futbolçulara problem yaradır.

Belə ki, işlənmiş vəziyyətdə Azərbaycana gətirilən avtobus tez-tez sıradan çıxır. Bu azmış kimi, Riad Rəfiyev sürücünü gözümçıxdıya salıb.

Prezident bildirib ki, avtobus sürət həddini aşacağı, "radar"a düşəcəyi halda, cərimə klub tərəfindən ödənilməyəcək.

"İsuzu" əsasən komandanın Sumqayıtda yaşamayan üzvləri üçün nəzərdə tutulub. Onları gündəlik qrafik üzrə Bakıdan "gənclik şəhəri"nə aparıb-gətirir.

Digər Xəbərlər
Xəbər Lenti