"Çalışırıq onları qoruyaq"

17 Yanvar 2020 11:06 Sumqayıt 565
"Çalışırıq onları qoruyaq"

"Futbolçularımızın ilk gündən həvəsli olması məni sevindirir". Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

Mövsümün ikinci yarısı üçün Antalyada hazırlıqlarını davam etdirən "kimyaçılar" ilk matçda "Kaposvar"a (Macarıstan) 3:4 hesabı ilə məğlub olub.

“Sumqayıt” yanvarın 18-də növbəti yoxlama oyununu keçirəcək. "Gənclik şəhəri" təmsilçisi “Politexnika İaşi” ilə üz-üzə gələcək. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Abbasov komandasının tədricən formaya düşəcəyini bildirib: "Əlbəttə, tam forma yığmaq üçün vaxt lazımdır. Sumqayıtdakı bərpa məşqelərindən sonra burada tempin yüksəlməsi, nəticədə futbolçularda yorğunluğun hiss olunması normaldır.

Biz də istəyirik ki, onların yorğun halda özlərini necə göstərməsini görək. Macarlara qarşı iki fərqli heyətlə mübarizə apardıq. Məğlub olduq, amma komandamın əzmkarlığı ilk oyun üçün məni qane etdi.

Verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Sadəcə, dörd qol buraxmağımız bizi bir az narahat edir və bunun üzərində çox çalışmalıyıq.

Zədəlilərimiz var. Çalışırıq futbolçularımızı qoruyaq. Oyundan-oyuna hamısı formaya düşməlidir. Azərbaycana dönənədək tam hazır olmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"