"Sumqayıt"a kifayət etməyən 3 - FOTOREPORTAJ

15 Yanvar 2020 09:00 Sumqayıt 1 295
"Sumqayıt"a kifayət etməyən 3 - FOTOREPORTAJ

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" ilk yoxlama görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Macarıstanın "Kaposvar" klubu ilə qarşılaşıb.

"Miracle" otelinin stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açsa da, sonradan geriyə düşüb. "Kimyaçılar" macarlara qarşı iki fərqli hesabla geriyə düşməsinə baxmayaraq oyunda tarazlığı bərpa edib.

Lakin oyunun sonuncu dəqiqəsində macarlar daha bir qol vuraraq görüşdən qalib ayrılıblar. "Sumqayıt" Antalya toplanışı çərçivəsində daha 3 yoxlama görüşü keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"