"Hamısı pullarını alıb, buna gecikmə demək olmaz"

11 Yanvar 2020 19:10 Sumqayıt 1 603
"Hamısı pullarını alıb, buna gecikmə demək olmaz"

"Klub yaranan tarixdən bizdə maaşlar hər ayın 5-10-u aralığında verilir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

O bildirib ki, sabah Antalya toplanışına yollanacaq komanda üzvləri artıq əməkhaqqını alıb: "Yeni ilin gəlişi ilə əlaqədar 7 gün qeyri-rəsmi iş günü elan olundu. Dövlət qurumları və banklar bu müddətdə işləmədi. Ona görə də klubumuzda ödəmələr ayın 10-na qaldı. Buna isə gecikmə demək olmaz. Hazırda komandada hər şey qaydasındadır".

Digər Xəbərlər
Xəbər Lenti