Bombardir "Sumqayıt"dan ayrılıb, öz komandasına qayıdır

11 Yanvar 2020 14:31 Sumqayıt 2 125
Bombardir "Sumqayıt"dan ayrılıb, öz komandasına qayıdır

Bu mövsüm sərgilədiyi oyun və vurduğu qollarla "Sumqayıt"ın əsas "silah"ına çevrilən Peyman Babayi yayda "gənclik şəhəri" təmsilçisindən ayrılacaq.

Sportinfo.az xəbər verir ki, bunu cənubi azərbaycanlı futbolçunun müqavilə ilə məxsus olduğu "Maşın Sazi"nin direktoru Həsən Nəsirzadə deyib. Yerli mətbuata danışan klub rəsmisi 25 yaşlı forvardın yayda komandaya qayıdacağını bildirib:

"Babayinin icarə müqaviləsi 1,5 illikdir. Yayda sözləşməsi başa çatacaq və "Maşın Sazi"yə qayıdacaq".

2019-ci ilin yanvarından "Sumqayıt"da çıxış edən Peyman bu mövsüm vurduğu 6 qolla komandanın ən sərrast hücumçusudur. Bundan başqa, o, "Keşlə"dən Lorenzo Frutos və "Neftçi"dən Stiven Monrozla birlikdə Premyer Liqanın bombardirlər yarışına başçılıq edir.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!