"Düşərgədə adam çox olsun deyə, kimisə götürməyəcəm"

10 Yanvar 2020 15:26 Sumqayıt 755
"Düşərgədə adam çox olsun deyə, kimisə götürməyəcəm"

"Bu gedişlə qış fasiləsində yeni futbolçu almayacağıq" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

"Kimyaçılar" ötən günlər 2 oyunçu ilə vidalaşıb. Ehtiram Şahverdiyev "Qəbələ"yə, Elgün Nəbiyev "Sabah"a dönüb.

Mövsümün geridə qalan hissəsində uğurlu nəticələrə imza atan gənc mütəxəssis transfer xətrinə transfer etməyəcəklərini bildirib:

"Əslində, bizə təklif olunan futbolçular kifayət qədərdir. Hər mövqeyə deyirlər. Onlar komandanı gücləndirəcək futbolçular deyillər. Düşərgədə adam çox olsun deyə, kimisə götürməyəcəm. Belələri çoxdur. Uzun müddət klubsuz qalan, transferə çıxarılan futbolçuları gətirmək riskdir.

Bizim də büdcəmiz geniş deyil ki, riskə gedək. Əldə olan vəsaitlə maksimum işi görmüşük, hətta ondan da artığını etmişik. Olsa, bundan sonra bir nəfər götürərəm, o da yarımmüdafiə xəttinə. Ölkə xaricində çıxış edən əslən azərbaycanlı gənclərdən hələlik kiminsə baxışa gələcəyi gözlənilmir".

Digər Xəbərlər
Xəbər Lenti