"Sumqayıt" "Şaxtyor"la qarşılaşacaq

10 Yanvar 2020 11:06 Sumqayıt 621
"Sumqayıt" "Şaxtyor"la qarşılaşacaq

"Sumqayıt"ın Antalya toplanışı çərçivəsində daha bir rəqibi məlum olub.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar" qardaş ölkədə Qazaxıstanın "Şaxtyor" klubu ilə qarşılaşacaq. Görüş yanvarın 25-nə nəzərdə tutulub. Məlumatı Karaqanda təmsilçisinin rəsmi saytı yayıb.

"Sumqayıt" isə dünən rəsmi saytı vasitəsilə Antalyada 3 yoxlama görüşünün keçiriləcəyini qeyd edib. "Gənclik şəhəri" təmsilçisi yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!