“Sumqayıt“ rəhbərliyindən qəribə qərar: oyun “alver“inə görə 50 manat cərimə!

5 Yanvar 2020 20:25 Sumqayıt 1 392
“Sumqayıt“ rəhbərliyindən qəribə qərar: oyun “alver“inə görə 50 manat cərimə!

I Divizionda danışılmış oyunlara həsr olunmuş araşdırmanın növbəti mərhələsi "Sumqayıt"ı "haqlayıb".

Sportinfo.az-ın məlumatına görə, UEFA-nın AFFA-ya göndərdiyi son serkulyar məktubların birində "kimyaçılar"ın əvəzedici heyətinin adı keçib.

Avropanın ali futbol təşkilatı "Sumqayıt-2"nin "Kəpəz"lə səfər oyununa külli miqdarda pul qoyuluşu edilməsi haqda AFFA-nı məlumatlandırıb. Söhbət sentyabrın 13-də Gəncədə keçirilən və 1:1 bitən qarşılaşmadan gedir.

Redaksiyamıza daxil olan informasiyaya görə, UEFA-nın təqdimatından sonra "Sumqayıt"da araşdırma aparılıb. 4 futbolçu sorğu-suala cəlb edilib.

Komanda üzvləri matçın nəticəsinin öncədən razılaşdırılması haqda təklif aldıqlarını sonda gizlətməyiblər. Qəribədir ki, klub rəhbərliyi onları 50 manat cərimələməklə işini bitmiş sayıb.

AFFA son 1 ayda Azərbaycan "futbol ailəsi"nin 38 üzvünü "qara siyahı"ya salıb. Birinci divizionda çıxış edən “Ağsu“, “Turan-Tovuz“, “Neftçi-2”, ”Zirə-2”, MOİK və “Binə”nin bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan quruma daxil olan məlumatlara əsasən, klubların futbolçuları və digər futbol funksionerləri, o cümlədən, futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı