"Yoldaşım 3 ildə 3 dəfə hamilə olub" - "Sumqayıt"ın futbolçusu

4 Yanvar 2020 21:05 Sumqayıt 3 035
"Yoldaşım 3 ildə 3 dəfə hamilə olub" -

"Hesab edirəm ki, bu, karyeramın ən yaxşı dövrüdür. Hesabımda 4 qol və 2 məhsuldar ötürmə var. Hər oyunda 90 dəqiqə meydanda oluram və 11-12 km qaçıram".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayev deyib. İsrailli futbolçu ölkəsinin mətbuatına açıqlamasında cari mövsümdəki çıxışını dəyərləndirib:

"Sumqayıt"dakı ilk ilimdə ciddi zədə aldım və bu səbəbdən çox oynaya bilmədim. Yalnız ötən mövsümün sonlarında formamı bərpa etdim və 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qaldım. Bu mövsüm isə komandam üçün çox əhəmiyyətli oyunçu hesab olunuram".

Ağayev şəxsi hədəflərindən də söz açıb: "Qarşıma ən yüksək vəzifəni qoymuşam. Kiçik hədəflərdən bezmişəm. İşə münasibətimi dəyişmişəm. Düşünürəm ki, daha uzağa gedə bilərəm. Futbolçular 28-29 yaşları olanda eniş yaşayırlar. Mən isə özümə güvənirəm və dəyərimi bilirəm.

Buradan daha güclü kluba keçmək istəyirəm. Bu, ölkə xarici də ola bilər, İsrail də. Həmçinin "Sumqayıt"dan yaxşı təklif alıb, burada da qala bilərəm. Öz həyatımı qurmaq istəyirəm. Ən yaxşısına nail olmaq niyyətindəyəm. Sıçrayış etməyin vaxtı çatıb. Özümü hər şeyə hazır hiss edirəm".

Əmir Azərbaycan və İsrail çempionatlarını müqayisə edib: "Burada futbol demək olar ki, İsraildəki kimidir. Azərbaycan futbolunda İsraildə olmayan xüsusi bir şey olduğunu desəm, yalan danışaram".

27 yaşlı pleymeyker komandadakı iranlı futbolçular - Peyman Babayi və Mehdi Şərifi ilə dost olduğunu bildirib: "Qəribə səslənsə də, onlar mənim ən yaxşı dostlarım arasındadır. Paltardəyişmə otağında biri sağımda, digəri solumda oturur. Çox yaxşı münasibətlərimiz var. Onlardan biri ingilis dilində danışır və hamımıza kömək edir".

Təcrübəli futbolçu Azərbaycan millisində oynamaq variantına da toxunub: "Mənim 19 yaşım yoxdur. Öz karyeramı qurmaq üçün hər şeyi edirəm. Görək, necə olacaq. Hələlik fasilədir. Bunun üçün vaxt var".

Bakının mərkəzində qalan Ağayev hər gün Sumqayıtdakı bazaya məşqə getmək üçün 50 dəqiqə vaxt sərf edir. Ölkəmizdə ailəsi ilə birlikdə yaşayan futbolçu həyatından məmnundur: "Bakı məni və ailəmi təəccübləndirdi. Qəribə, gözəl şəhərdir. Ucuzluqdur, insanları istiqanlıdır. İsrailliləri sevirlər. Özümü narahat hiss etmirəm. Hamilə xanımım və 2 qızımla ölkədən kənarda yaşamaq asan deyil. Mənim qəhrəmanım həyat yoldaşımdır. Onsuz bu sınaqdan çıxa bilməzdim. O, bütün həyatını mənə həsr edib. 3 ildə 3 hamiləlik keçirib. İndi isə yad bir ölkədə, dostlarından və ailəsindən ayrı yaşayır".

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!