Azərbaycanda sökülən stadionun son durumu - FOTOLAR

30 Dekabr 2019 14:55 Sumqayıt 1 033
Azərbaycanda sökülən stadionun son durumu - FOTOLAR

Məlum olduğu kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işlərinə start verilib. Sportinfo.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, söküntü işləri yekunlaşmaq üzrədir.

Onu da əlavə edək ki, Prezident İlham Əliyev noyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Arenanın yenidən qurulması məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti