"Sumqayıt"ın prezidenti AFFA-nı bəhanə etdi, futbolçuları aldatdı!

30 Dekabr 2019 10:50 Sumqayıt 1 397
"Sumqayıt"ın prezidenti AFFA-nı bəhanə etdi, futbolçuları aldatdı!

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev futbolçuları aldadıb.

Sportinfo.az-ın məlumatına görə, o, Yeni ilin gəlişi ilə əlaqədar komandaya borcunu ödəyəcəyini vəd etsə də, sözünü tutmayıb. Söhbət "Qarabağ"la çempionat, "Neftçi" ilə kubok oyunlarının mükafatından – 2000 manatdan gedir.

Rəfiyev AFFA-dan onlara çatacaq vəsaitin hələ də klubun hesabına köçürülmədiyini iddia edərək düşərgədəkilərə məyusluq yaşadıb.

"Kimyaçılar" bayramı qeyd etməyə imkanlarının çatmadığını və heç olmasa, 500 manat vermələrini rəsmilərə bildirsələr də, daşdan səs çıxıb, qarşı tərəfdən yox.

Digər Xəbərlər
Xəbər Lenti