Azərbaycanlı futbolçu Avropa klublarına təklif olundu

29 Dekabr 2019 20:52 Sumqayıt 1 717
Azərbaycanlı futbolçu Avropa klublarına təklif olundu

"Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə karyerasını Avropada davam etdirə bilər. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, 18 yaşlı yarımmüdafiəçi Portuqaliya, Rusiya, Çexiya və Türkiyə klublarına təklif olunub.

Türkiyə mətbuatında "Trabzonspor"a keçəcəyi haqda xəbərlər yayılan U-19 yığmamızın üzvünə əslində sözügedən komandadan hər hansı maraq yoxdur. Düzdür, "Gənclərbirliyi", "Dənizlispor", "Trabzonspor" klublarının skautları Azərbaycan Premyer Liqasında son 3 turun bəzi oyunlarını izləyiblər. Sadəcə, Qara dəniz təmsilçisi qardaş ölkədə daha çox tanındığı üçün Səbuhinin adı məhz həmin klubla hallanır.

Abdullazadə "Sumqayıt"ın yetirməsidir və bu yay komandası ilə 3 illik müqavilə imzalayıb.

Xəbər Lenti