"Sumqayıt"ın prezidentinin "ağ rəngli" AD GÜNÜ YALANI

28 Dekabr 2019 16:58 Sumqayıt 1 316
"Sumqayıt"ın prezidentinin "ağ rəngli" AD GÜNÜ YALANI

Dünən İdman Tv və Azərbaycan Radiosu 105 FM ortaq yayımında "Extra Time" verilişində İlkin Babanın qonağı "Sumqayıt"ın prezidenti Riad Rəfiyev olub.

Sportinfo.az-ın məlumatına görə, o, canlı efirdə gördüyü işi danıb. Klub rəhbəri bildirib ki, gizli menecerlik fəaliyyətiylə məşğul deyil və Robert Prosineçki ilə AFFA arasında vasitəçilik etməyib.

Rəfiyev iddia edib ki, xorvatiyalı baş məşqçi ilə sonuncu dəfə 7-8 ay əvvəl əlaqə saxlayıb, bu da onun ad günü ilə bağlı olub.

"Yalançının şahidi yanında olar" deyiblər. Hörmətli Riad bəy son vaxtlar o qədər yalan danışıb ki, Prosineçkinin doğum tarixini də unudub. 50 yaşlı balkanlı çalışdırıcı yanvarın 12-də dünyaya gəlib.

Düzdür, o, hələ 7-8 ay əvvəldən Prosineçki ilə təmasa keçib, hansı ki, həmin vaxt millimiz Bakıda ard-arda 2 biabırçı məğlubiyyət alıb.

Öncə Macarıstana 1:3, ardınca Slovakiyaya 1:5 hesabıyla. Nikola Yurçeviçin qələmi, əslində, ilk dəfə onda qırılıb. Rəfiyev iyundan etibarən xorvatın arxasınca dolaşıb və tərəflər bir neçə dəfə görüşüblər.

Belə görüşlərdən biri İstanbulda baş tutub. "Sumqayıt"ın prezidenti bu faktları danır ki, birdən Elxan Məmmədov onun da "biletini kəsər", qazanc sahəsini bağlayar.

Çünki bu tapşırığı gizli şəkildə alıb və ona tapşırılıb ki, əməliyyatı məxfi aparsın. Burda ikisinin də marağı var - Prosineçki millimizə gəlsə, həm AFFA-nın baş katibi, həm də Rəfiyev "3R Sport Managment" şirkəti vasitəsilə öz faizini alacaq.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!