"Sumqayıt" polyaklara qarşı

26 Dekabr 2019 11:06 Sumqayıt 601
"Sumqayıt" polyaklara qarşı

Yanvarda Antalyaya təlim-məşq toplanışına yollanacaq "Sumqayıt"ın yoldaşlıq görüşündəki rəqiblərindən biri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Bildirilir ki, "Arka" klubu Antalya toplanışı zamanı "Sumqayıt"la qarşılaşacaq.

Yanvarın 18-də Türkiyəyə yollanacaq polşalıların ilk rəqibi ayın 21-də məhz "gənclik şəhəri" təmsilçisi olacaq. "Arka" eyni zamanda "Srvena Zvezda" (Serbiya), "Struqa" (Makedoniya) və "Lokomotiv"lə (Bolqarıstan) qarşılaşmalarda da gücünü sınayacaq.

"Sumqayıt” yanvarı 12-26-sı aralığında Antalyada toplanış keçirməyi və 4 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti