"Sumqayıt"ın sponsoru Rəfiyevi futbolçularla üz-üzə qoydu

24 Dekabr 2019 21:02 Sumqayıt 1 172
"Sumqayıt"ın sponsoru Rəfiyevi futbolçularla üz-üzə qoydu

"Azərkimya" himayədarı olduğu "Sumqayıt"ı çətin vəziyyətə salıb. Sportinfo.az-ın məlumatına görə, səhmdar cəmiyyət kluba ayırdığı vəsati artıq vaxtlı-vaxtında ödəmir.

Nəticədə "kimyaçılar"ın noyabr ayına olan maaşının yarı hissəsi hesaba köçürülməyib. Eyni zamanda "Qarabağ"la Premyer Liqa, "Neftçi" ilə kubok oyunlarının mükafatı qalıb.

Odur ki, kollektiv daxilində narazılıq baş qaldırıb. "Azərikimya"dan qaynaqlanan problem Riad Rəfiyevlə futbolçuları üz-üzə qoyub.

Komanda üzvlərinin yaranmış vəziyyət barədə mətbuata açıqlıamalar verməyə hazırlaşmasından xəbər tutan prezident bir neçə yaşlı oyunçuya müraciət edərək, ona vaxt verilməsini istəyib.

Digər Xəbərlər
Xəbər Lenti