"Neftçi"ni kubokdan "qovan" "Sumqayıt" üçün - YUBİLEY

21 Dekabr 2019 12:53 Sumqayıt 1 029
"Neftçi"ni kubokdan "qovan" "Sumqayıt" üçün - YUBİLEY

Azərbaycan kubokunun “Neftçi” ilə 1/4 final mərhələsinin cavab oyunu “Sumqayıt” üçün yubileylə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Azərbaycan kubokunda 25-ci oyununu keçirib. Bu matçdakı qolsuz heç-heçə komandanın 5-ci "sülh"ü olub.

Sumqayıtın eyniadlı təmsilçisi 9 qələbə qazanıb və 11 dəfə uduzub. 29 qol vuran komanda 34 top buraxıb. Azərbaycan kubokunda 2010/11 mövsümündə debüt edən “Sumqayıt” ilk oyununu 1/16 finalda keçirib. Komanda səfərdə Bakı “Lokomotiv”inə qalib gəlib – 2:0.

Digər Xəbərlər
Xəbər Lenti