"Neftçi"ni uddu, rəhbərliyə söz göndərdi - FOTOREPORTAJ

21 Dekabr 2019 00:34 Sumqayıt 942
"Neftçi"ni uddu, rəhbərliyə söz göndərdi - FOTOREPORTAJ

Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu, "Sumqayıt"dır.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv buna evdə "Neftçi"yə qarşı keçirdiyi 1/4 final mərhələsinin cavab oyununda qolsuz heç-heçə etməklə nail olub. Səfərdə baş tutan ilk matçda 1:0 hesabı ilə qalib gələn Sumqayıtın eyni adlı təmsilçisi yoluna davam edib.

Ayxan Abbasov: "Yarımfinala çıxmaq sevindiricidi. "Neftçi"ni keçmək ikiqat sevindiricidi. Uşaqlara təşəkkür etdim. İlk oyunda başqa, indi başqa futbol oynadıq.

Futbolçularım dediklərimizi etməyə çalışdı və etdi. 1 ildi ki, "Sumqayıt"dayam. Çalışırıq ki, nələrisə dəyişək. Rəqib də bizi təəccübləndirdi. Bəzi dəyişikliklər edəcəyini gözləyirdik. Normal mübarizə apardıq.

Aleksey İsayevin belə bir vaxtda getməsi nə dərəcə düzgündü? Alekseyə özüm icazə vermişəm. Toy mərasimi var, normaldı. Bizim komanda tək bir addan ibarət deyil. Futbolçunun da həyatında belə bir hadisə bir dəfə olur. Uduzsaydıq belə, ona bağlamayacaqdıq.

Bu gün onun yerində oynayan Xəyal Nəcəfov daha yaxşı çıxış etdi. Alekseyin toyu 5-6 ay əvvəldən planlaşdırılmışdı. Özüm icazə vermişəm ona.

Bir 1 dəfə final oynamış Ayxan Abbasovun iştahı nə yerdədi? Qışdan sonra çox çətin olacaq. Yaxşı mənada dəstək lazımdı. Bu gün gənclərin inkişafı göz qabağındadı.

Biz yuxarı pillələri istəyiriksə, bunu rəhbərlik fikirləşməlidi. Hər məşqçi istəyir ki, yer də tutsun, kubok da qazansın. Qışdan sonra bütün rəqiblər güclənir. Vuruşacağıq.

Əsas kollektiv oyunudu və biz bunu iki matçda da bacardıq. "Neftçi"nin futbolçuları ustalıq səviyyəsi baxımından Azərbaycanda 1 nömrədi. Amma bu gün biz sübut etdik ki, biz də yaxşılara layiqik".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı