"Sumqayıt"da 5 nəfər... - FOTO

19 Dekabr 2019 18:25 Sumqayıt 817
"Sumqayıt"da 5 nəfər... - FOTO

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ilk yarısı artıq arxada qalıb.

Sportinfo.az xəbər verir ki, cari mövsümdə oynanılan 14 tur ərzində "Sumqayıt" ümumilikdə limitə uyğun gələn 5 futbolçunun xidmətindən istifadə edib.

Komandanın baş məşqçisi Ayxan Abbasov ilk turda "Qəbələ" ilə qarşılaşmanı 4 limit futbolçusu ilə başa vurub. Ümumilikdə götürsək, arxada qalan iki dövrədə "Sumqayıt"ın heyətində Premyer Liqa oyunlarında ən azı 2 limit futbolçu meydanda olub.

Bu futbolçulardan ən çox oyun keçirən Səbuhi Abdullazadədi. Yarımmüdafiəçi 12 matçda 749 dəqiqə meydanda olub.

Səbuhi Abdullazadədən sonra daha çox oyun keçirən Elvin Cəfərquliyev isə 11 matçda 822 dəqiqə meydanda olub, 1 qola da imza atıb.

Bundan başqa, Süleyman Əhmədov 10, Murad Xaçayev və Rüfət Abdullazadə isə 2 oyunda meydanda olub.

1. Səbuhi Abdullazadə - 18.12.2001-ci il / 12 oyun (749 dəqiqə).

2. Elvin Cəfərquliyev - 26.10.2000-ci il / 11 oyun (822 dəqiqə) - 1 qol.

3. Süleyman Əhmədov - 25.11.1999-cu il / 10 oyun (578 dəqiqə).

4. Murad Xaçayev - 14.04.1998-ci il / 2 oyun (172 dəqiqə).

5. Rüfət Abdullazadə - 17.01.2001-ci il / 2 oyun (21 dəqiqə).

I tur / 17.08.2019 "Qəbələ" - "Sumqayıt" 0:2
Bu oyunda 4 limit futbolçu çıxış edib:
Murad Xaçayev / 90 dəqiqə
Səbuhi Abdullazadə / 4 dəqiqə
Elvin Cəfərquliyev / 67 dəqiqə
Süleyman Əhmədov / 23 dəqiqə

II tur / 24.08.2019 "Sumqayıt" - "Səbail" 0:3
Bu oyunda 3 limit futbolçu çıxış edib:
Elvin Cəfərquliyev / 90 dəqiqə
Səbuhi Abdullazadə / 90 dəqiqə
Rüfət Abdullazadə / 18 dəqiqə

III tur / 01.09.2019 "Neftçi" - "Sumqayıt" 2:1
Bu oyunda 3 limit futbolçu çıxış edib:
Murad Xaçayev / 90 dəqiqə
Elvin Cəfərquliyev / 90 dəqiqə
Süleyman Əhmədov / 24 dəqiqə

IV tur / 14.09.2019 "Sumqayıt" - "Zirə" 1:2
Bu oyunda 2 limit futbolçu çıxış edib:
Səbuhi Abdullazadə / 90 dəqiqə
Elvin Cəfərquliyev / 90 dəqiqə

V tur / 21.09.2019 "Sumqayıt" - "Sabah" 1:0
Bu oyunda 2 limit futbolçu çıxış edib:
Səbuhi Abdullazadə / 90 dəqiqə
Süleyman Əhmədov / 90 dəqiqə

VI tur / 27.09.2019 "Qarabağ" - "Sumqayıt" 2:0
Bu oyunda 2 limit futbolçu çıxış edib:
Səbuhi Abdullazadə / 90 dəqiqə
Süleyman Əhmədov / 90 dəqiqə

VII tur / 05.10.2019 "Sumqayıt" - "Keşlə" 0:0
Bu oyunda 2 limit futbolçu çıxış edib:
Səbuhi Abdullazadə / 90 dəqiqə
Elvin Cəfərquliyev / 90 dəqiqə

VIII tur / 20.10.2019 "Səbail" - "Sumqayıt" 0:2
Bu oyunda 2 limit futbolçu çıxış edib:
Səbuhi Abdullazadə / 84 dəqiqə
Elvin Cəfərquliyev / 30 dəqiqə

IX tur / 27.10.2019 "Sumqayıt" - "Neftçi" 2:4
Bu oyunda 3 limit futbolçu çıxış edib:
Səbuhi Abdullazadə / 90 dəqiqə
Süleyman Əhmədov / 18 dəqiqə
Elvin Cəfərquliyev / 8 dəqiqə

X tur / 03.11.2019 "Zirə" - "Sumqayıt" 2:2
Bu oyunda 3 limit futbolçu çıxış edib:
Elvin Cəfərquliyev / 90 dəqiqə
Süleyman Əhmədov / 22 dəqiqə
Səbuhi Abdullazadə / 3 dəqiqə

XI tur / 10.11.2019 "Sabah" - "Sumqayıt" 1:3
Bu oyunda 2 limit futbolçu çıxış edib:
Elvin Cəfərquliyev / 90 dəqiqə
Süleyman Əhmədov / 45 dəqiqə

XII tur / 22.11.2019 "Sumqayıt" - "Qarabağ" 2:1
Bu oyunda 3 limit futbolçu çıxış edib:
Süleyman Əhmədov / 90 dəqiqə
Elvin Cəfərquliyev / 89 dəqiqə
Səbuhi Abdullazadə / 45 dəqiqə

XIII tur / 30.11.2019 "Keşlə" - "Sumqayıt" 2:1
Bu oyunda 3 limit futbolçu çıxış edib:
Süleyman Əhmədov / 87 dəqiqə
Səbuhi Abdullazadə / 45 dəqiqə
Rüfət Abdullazadə / 3 dəqiqə

XIV tur / 08.12.2019 "Sumqayıt" - "Qəbələ" 1:1
Bu oyunda 3 limit futbolçu çıxış edib:
Süleyman Əhmədov / 90 dəqiqə
Elvin Cəfərquliyev / 88 dəqiqə
Səbuhi Abdullazadə / 31 dəqiqə

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı