Üç "Sumqayıt"lı "Araz-Naxçıvan" önünə çıxmayacaq

28 Yanvar 11:55 Sumqayıt 1 301
Üç "Sumqayıt"lı "Araz-Naxçıvan" önünə çıxmayacaq

Azərbaycan Premyer Liqasının 20-ci turunda "Araz-Naxçıvan"ın qonağı olacaq "Sumqayıt" görüşə itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın heyətində vərəqə limitinə görə Səbuhi Abdullazadə meydanda olmayacaq.

Vüqar Mustafayev və Kristian Velinovski isə zədəli olduğu üçün oynamayacaq.

"Araz-Naxçıvan" - "Sumqayı" matçı "Dalğa Arena"da keçiriləcək və görüşə 15:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti