"Narahat olmasınlar, qollarımın davamı gələcək" - "Sumqayıt”ın hücumçusu

28 Yanvar 02:50 Sumqayıt 931
"Narahat olmasınlar, qollarımın davamı gələcək" - "Sumqayıt”ın hücumçusu

“Qəbələ” ilə matç bizim üçün vacib idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın hücumçusu Kazimir Ninqa Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

Çad millisinin üzvü mövsümün ikinci yarısına qələbə ilə başlamağın önəmli olduğunu bildirib:

"Qalib gəlmək üçün əlimizdən gələni etdik. Hava şəraiti əlverişli olmasa da, sonadək döyüşdük.

Baş məşqçimiz Samir Abasov da bizdən bu cür əzmkarlıq gözləyirdi. Mövsümün sonunda yaxşı yerdə olmaq üçün qarşımıza hədəflər qoymuşuq”.

Azərbaycan Premyer Liqasında qol hesabını açan 30 yaşlı forvard bunun gələcək oyunlarda çıxışına müsbət təsir edəcəyini söyləyib:

“Çox xoşbəxtəm ki, qələbə qolunun müəllifi oldum. Komanda yoldaşlarımın penalti epizodu zaman verdikləri dəstək məni motivasiya etdi.

Azarkeşlərimiz narahat olmasın, qollarımın davamı gələcək. Ən vacibi odur ki, komandaya hər oyunda fayda verim. Hələ qarşıda görəcəyim çox iş var”.

Növbəti turda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri matç barədə də danışan K.Ninqa əlavə edib:

“Bütün oyunlarda olduğu kimi, bu görüşdə də qalib gəlmək istəyirik. Xal qazanmaq üçün sonadək mübarizə aparırıq”.

Digər Xəbərlər
Xəbər Lenti