Ayxan Abbasov "Neftçi" zəfərini şərh etdi

16 Dekabr 2019 20:24 Sumqayıt 1 413
Ayxan Abbasov "Neftçi" zəfərini şərh etdi

"Neftçi"nin gücü bəllidir, geniş heyəti var. Biz də çalışdıq oyunu düzgün analiz edək. Hesabdan önəmli futbolçuların taktiki tapşırıqları yaxşı yerinə yetirmələridir".

Sportinfi.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib. 38 yaşlı mütəxəssis cavab görüşünün daha çətinn keçəcəyini bildirib:

"Daha öncə də demişdik ki, vuruşacaq, bütün oyunlarda var gücümüzü ortaya qoyacağıq. Bu gün əlimizdə olan futbolçular bizi qane edir. Hamısına inanırıq. Rəqib "Neftçi"dir. Onların ehtiyatda qalan oyunçularını digər 7 komandanın baş məşqçiləri heyətlərində görmək istərdilər. Şansların bərabər olduğunu düşünürəm. Komandamızın gələcək üçün potensialı var. Səbrli olsaq, yaxşı yerlərdə ola bilərik".

Xəbər Lenti