Azərbaycanda köhnə-yeni stadionun qiyməti – 15 MİLYON

16 Dekabr 2019 12:30 Sumqayıt 1 682
Azərbaycanda köhnə-yeni stadionun qiyməti – 15 MİLYON

Ölkə başçısının Sumqayıta son səfərindən sonra Mehdi Hüseynzadə adına şəhər stadionunun əsaslı yenidən qurulması üçün ilkin olaraq 5 milyon manat ayrılmasından xəbəriniz var.

Artıq yaxın günlərdə arenada təmir işlərinə start veriləcək. Əslində təmir işləri dekabrın 14-də başlamalıydı. Sadəcə, arenada müxtəlif yaş qrupları üzrə liqaların oyunları keçirildiyindən stadion rəhbərliyi təmir işlərini görəcək şirkətin rəsmilərindən prosesə bir həftə gec, yəni dekabrın 20-də start verməsini istəyib.

Artıq bir neçə dəfə təmir işlərini görəcək şirkətin nümayəndələri stadiona baş çəkiblər. Yenidən qurulacaq stadionun layihəsini hələ görməmişik. Bu üzdən arenanın tutumunun nə qədər olacağını, yenidənqurmadan sonra stadionda nəyin dəyişəcəyini indidən demək çətindir.

Sprortinfo.az-ın məlumatına görə, idman qurğusunun tam təmiri üçün 15 milyon manatlıq smeta tutulub. Sumqayıtın İcra Hakimiyyəti inşaatın gedişinə nəzarət edəcək və əlavə xərcləri qarşılayacaq.

Digər Xəbərlər
Xəbər Lenti