"Sumqayıt"a yenə axın var

12 Dekabr 2019 11:03 Sumqayıt 701
"Sumqayıt"a yenə axın var

“Sumqayıt” Futzal Məktəbində seçim xarakterli məşqlər davam edir. Sportinfo.az xəbər verir ki, Sumqayıt Olimpiya Kompleksində keçirilən məşqdə 30-a yaxın gənc futzalçı iştirak edib.

Nəzərinizə çatdıraq ki, futzal məktəbinə seçimlər hələ bir müddət davam edəcək. Məşqlər həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 18:00-19:30 arasında Sumqayıt Olimpiya Kompleksində baş tutur.

"Sumqayıt" Futbol akademiyasının aşağı yaş qrupları da həftədə bir dəfə olmaqla futzal məşlərində iştirak edir.

Xəbər Lenti