"Sumqayıt" yetirmələrini Avropaya tanıdır – YENİ ADDIM

11 Dekabr 2019 15:24 Sumqayıt 816
"Sumqayıt" yetirmələrini Avropaya tanıdır – YENİ ADDIM

"Onu Xorvatiyaya yollamaqda məqsədimiz təcrübə toplamasına nail olmaqdır". Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Bu gün səhər xəbər verdiyimiz kimi, Azərbaycanın gənclər yığmasının daha bir üzvü - "Sumqayıt"ın yetirməsi Səbuhi Abdullazadə ölkə xaricinə yollanıb.

Bu mövsümdən "kimyaçılar"ın əsas komandasına cəlb olunan 2001-ci il təvəllüdlü yarımmüdafiəçi ötən gün sözügedən ölkəyə üz tutub. O, bir həftədən artıq müddətdə "Osiyek"in düşərgəsində yer alacaq.

Rəşad Məmmədov bildirib ki, klub yetişdirdiyi gənc futbolçulara beynəlxalq təcrübə qazandırmağı qarşısına məqsəd qoyub:

"Bu, bizim yeni işimizdir. Səbuhinin Xorvatiyaya göndərilməsi bu istiqamətdə atdığımız ilk addımımızdır. Ondan sonra "Sumqayıt"ın daha bir neçə yetirməsi Avropaya yollanacaq. Hazırda belə səfərlərin geniş hal alması üçün müxtəlif klublarla danışıqlar aparırıq".

Digər Xəbərlər
Xəbər Lenti