"Nə futbolçumuz var ki, hələ onları da transferə çıxaraq?"

10 Dekabr 2019 20:35 Sumqayıt 956
"Nə futbolçumuz var ki, hələ onları da transferə çıxaraq?"

"Komandadan heç kimi göndərməyə hazırlaşmırıq" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Klubun sözçüsü yüksək ödənişli futbolçularla yolları ayırmağa hazırlaşmaqları barədə sosial şəbəkədə yayılan xəbərləri təkzib edib:

"Nə futbolçumuz var ki, hələ onları da qış fasiləsində transferə çıxaraq? Dəqiq olan budur ki, qış hazırlığını Antalyada keçirəcəyik. Yanvarın 12-dən 26-na kimi Türkiyədə olacağıq və 4 yoxlama matçında qüvvəmizi sınayacağıq.

Hazırda iki-üç otel arasında seçim edirik. Baş məşqçimiz Ayxan Abbasovun dediyi kimi, bizdə böyük dəyişiklik olmayacaq. Böyük ehtimalla, komandaya yeni futbolçu cəlb edilməyəcək.

Geniş heyətimiz yoxdur ki, kimlərisə göndərək. Son söz yenə Ayxan müəllimindir. "Neftçi" ilə kubok oyunlarından sonra bütün suallara aydınlıq gələcək".

Digər Xəbərlər
Xəbər Lenti