Mehdi Cənnətov: "Emil Balayev əla oğlandır"

7 Dekabr 2019 22:10 Sumqayıt 1 038
Mehdi Cənnətov: "Emil Balayev əla oğlandır"

“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov Sportinfo.az-a müsahibə verib:

- Bu il Premyer Liqada son oyununu “Qəbələ”yə qarşı keçirəcəksiniz. Qələbə qazanmaq şansını necə qiymətləndirirsiz?
- Çox vacib oyundur. Çünki hər iki komandanın üç xala ehtiyacı var. Ağır oyun olacağı dəqiqdir. “Qəbələ” indi yaxşı oynayır, onlara qarşı çətin olacaq.

- Qələbə qazansanız da ili turnir cədvəlində 4-cü sırada başa vuracaqsınız. Bu sizi qane edən nəticədir?

- Biz hər oyuna qələbə üçün çıxırıq. “Qəbələ”yə qalib gəsək, çempionatın birinci hissəsini yaxşı notlarla başa vuracağıq.

- “Qəbələ” ilə oyundan sonra “Neftçi” ilə kubok matçı var. “Ağ-qaralar”ı keçib yarımfinala adlamaq sizin üçün realdır?
- “Neftçi” əla futbolçuları olan yaxşı komandadır. Onlarda oyunun taleyini həll edə biləcək oyunçular var. Mən “Neftçi”ni kubok turnirinin favoriti hesab edirəm. Amma əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək.

- Cari mövsüm “Sumqayıt”ın əsas qapıçısı olmağı bacardın. Maraqlıdır, bunun sənə təklif sarıdan xeyri oldu? Başqa klubların maraq dairəsinə düşə bilmisən?
- “Sumqayıt” çempionatın ən güclü komandaları sırasındadır. Əminəm ki, bizə qarşı oynamaq bir çox komandalar üçün çətindir. İndi bütün fikrimi “Sumqayıt”ın çıxışına yönəltmişəm. Gələcəkdə necə olacağını Allah bilir.

- Milli komandaya da bu il dəvət aldın. Nikola Yurçeviçin millidən ayrılacağı, əvəzinə Robert Prosineçkinin dəvət olunacağı gözlənilir. Bu dəyişiklik sənin milli karyerana necə təsir edər?
- Mənim işim meydanda sübut etməkdir. “Sumqayıt”da da oyundan-oyuna özümü sübut etmək istəyirəm.

- Ancaq hazırda millinin əsas qapıçısı Emil Balayev hesab edilir. Balayev haqda fikrini bilmək istərdik...
- Emil Balayevlə biz dərhal ümumi dil tapdıq. O, əla oğlandır. Deyə bilərəm ki, onunla tez dostlaşdıq. Müasir qapıçı üçün Balayevdə hər şey var. Böyük potensiala malikdir. Ümidvaram ki, Emil tezliklə Avropa klublarının birində çıxış edəcək.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"