"Sumqayıt" "YOX" deyir

7 Dekabr 2019 09:00 Sumqayıt 764
"Sumqayıt" "YOX" deyir

"Sumqayıt" rasizmlə mübarizəyə qoşulub. Sportinfo.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə irqçiliyə qarşı mübarizə proqramının 10 bəndini açıqlayıb:

1. Klubun irqçiliyə qarşı mövqeyini rəsmi və yazılı şəkildə bəyan etmək. Bu bəyannamədə stadionun ərazisində irqçi ifadələr işlədənlərə qarşı tətbiq olunacaq cəzaları mütləq göstərmək. Bəyannamənin mətni matçqabağı proqramda çap etmək. Həmçinin bəyannaməni stadionun ərazisində görünən mövqedə asmaq.

2. İrqçi şüarları açıq şəkildə pisləmək.

3. İrqçi xarakterli hərəkətlərdə iştirak edən şəxslərə mövsüm üçün abonementləri satmamaq.

4. Stadionun daxilində və ətrafında irqi xarakterli ədəbiyyatın satılmasının qarşısını almaq.

5. İrqçi hərəkətlərə yol verən futbolçulara qarşı intizam sanksiyaları tətbiq etmək.

6. Başqa klublara irqçiliyə qarşı öz mövqeyini bəyan etmək.

7. Polis işçiləri və mühafizəçilər tərəfindən “irqçilik tərəfdarlarına” qarşı strategiyanın yaradılmasına şərait yaratmaq.

8. İrqi xarakterli yazıları və şəkilləri təcili şəkildə stadionun ərazisindən çıxarmaq.

9. İşçi və ya müştəriyə irqindən asılı olmayaraq, iş və ya xidmət ilə bağlı bərabər şəraiti təşkil etmək.

10. İrqçilik problemi ilə məşğul olan digər qrup və ya agentliklər, orta məktəblər, yerli bələdiyyə orqanları və s. ilə mütəmadi olaraq müvafiq iş aparmaq və müxtəlif xüsusi proqramları həyata keçirmək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"