Ayxan Abbasov: "Birinci dəstənin ən döyüşkən komandası ilə qarşılaşdıq"

4 Dekabr 2019 19:35 Sumqayıt 938
Ayxan Abbasov: "Birinci dəstənin ən döyüşkən komandası ilə qarşılaşdıq"

"Sumqayıt"ın Azərbaycan kubokunun 1/8 final mərhələsində "Zaqatala" üzərində (2:0) qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Ayxan Abbasov azarkeşlərə təşəkkür edib:

"Öncə bu soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu cür havaya rəğmən, onlar bizi tək buraxmadılar. Birinci dəstənin ən döyüşkən futbol oynayan komandası ilə qarşılaşacağımızı bilirdik. Oyuna ciddi hazırlaşmışdıq. Premyer Liqada az forma şansı əldə edən futbolçularımıza da oynamaq imkanı yaratdıq. Əsas məqsədimiz turu keçmək idi ki, bunu da bacardıq. Artıq bu oyunu unudub, qarşıdan gələn matçlara hazırlaşmalıyıq".

"Sumqayıt" 1/4 final mərhələsində "Neftçi" ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO