Abbasov cəza kəsdi, Mehdi and içdi…

3 Dekabr 2019 16:19 Sumqayıt 794
Abbasov cəza kəsdi, Mehdi and içdi…

Premyer Liqanın son həftələrində zəif təsir bağışlayan "Sumqayıt"ın hücumçusu Mehdi Şərifi Ayxan Abbasov tərəfindən maraqlı üsulla cəzalandırılıb.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçi cənubi azərbaycanlı futbolçuya bir neçə gün məşqdən çıxan kimi birbaşa evə yollanmağı qadağan edib. O, hər hazırlıq prosesindən sonra 40 dəqiqə meydançada tək qalıb əlavə tapşırıqları yerinə yetirməlidir.

Abbasov bu yolla həm Şərifini əvvəlki formasına qaytarmaq, həm də nizam-intizamına daha çox diqqət yetirməsinə çalışıb. İş ondadır ki, "Persepolis"in sabiq oyunçusu bəzi komanda yoldaşlarıyla problem yaşayıb.

Baş məşqçinin son addımı Mehdini səhvini anlamağa kömək edib. Yarımmüdafiəçi məşqə "Quran" götürərək gəlib. O, müqəddəs kitaba and içib ki, kimisə təhqir etməyib və komandanın uğur qazanması üçün bütün gücünü ortaya qoyur.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı