"Qarabağ"la matçdan sonra rahatlaşma var idi"

1 Dekabr 2019 12:53 Sumqayıt 511
"Qarabağ"la matçdan sonra rahatlaşma var idi"

"Bizim üçün ən vacib oyunlardan biri idi. Yuxarıdakı yerimizi qoruya bilərdik" - bu sözləri Sportinfo.az saytına açıqlamasında "Sumqayıt"ın hücumçusu Peyman Babayi deyib.

İranlı forvard Premyer Liqanın 13-cü turunun "Keşlə"yə 1:2 hesablı məğlubiyyətini şərh edib.

"Qarabağ" üzərində qələbədən sonra sanki komanda rahat idi. Ayxan Abbasov həftəiçi məşqlərdə rahat olmamağımız üçün çalışırdı. Yaxşı vəziyyətdəydik və qələbə qazana bilərdik. Birinci hissə meydana çox rahat girdik və bir səhvlə qol buraxdıq. Əks-hücumda yaxşı oynadıqlarını, müdafiəyə çəkiləcəklərini bilirdik. Üç xalı qazanmalıydıq. Çalışacağıq ki, "Qəbələ" ilə görüşdə qalib gələk. "Qəbələ" ilə matç altı xallıq oyundur.

Azərbaycan futbolunda hansı komandanın digərindən güclü olduğu bilinmir. Çünki komandaların hamısı eyni səviyyədə futbol oynayır, sadəcə hansı komanda daha istəklidi qələbəni də o qazanır. Biz "Qarabağ" qələbəsindən sonra tam rahat olduğumuza görə və bir neçə səhvə görə "Keşlə"yə uduzduq".

Forvard qarşıdakı həftə oynayacaqları kubok görüşü barədə də fikirlərini bildirib: "Kubok oyunlar maraqlı keçir. "Zaqatala" birinci divizion olsa da, yəqin istəkli olacaqlar. Yəqin ki, tam hazırlaşıblar və meydana mübarizə üçün çıxacaqlar. Biz də qalib gələrək "Keşlə" məğlubiyyətini unutduraq. Mənim işim qol vurmaqdır. Gəlmişəm qol vuram, rəqibin fərqi yoxdur. Indi "Sumqayıt"ın futbolçusuyam və müqaviləm var. Çalışacam ki, ən yaxşı oyunlarımı oynayaraq "Sumqayıt"a kömək edim".

Digər Xəbərlər
Xəbər Lenti