"Sumqayıt"da 5 limit

28 Noyabr 2019 09:09 Sumqayıt 724
"Sumqayıt"da 5 limit

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ilk yarısı artıq arxada qalmaq üzrədir. Sportinfo.az xəbər verir ki, cari mövsümdə oynanılan 12 tur ərzində "Sumqayıt" ümumilikdə 5 limitə uyğun futbolçunun xidmətindən istifadə edib.

Komandanın baş məşqçisi Ayxan Abbasov ilk turda "Qəbələ" ilə qarşılaşmanı 4 limit futbolçu ilə başa vurub. Ümumilikdə götürsək, arxada qalan 12 tur ərzində "Sumqayıt"ın heyətində Premyer Liqa oyunlarında ən azı 2 "limit futbolçu" meydanda olub.

Bu futbolçulardan ən çox oyun keçirən Elvin Cəfərquliyev və Səbuhi Abdullazadədir. Hər iki futbolçumuz 10 qarşılaşmada meydanda olub. Cəfərquliyev meydanda olduğu 734 dəqiqə ərzində 1 qola da imza atıb. Bundan başqa, Süleyman Əhmədov 8, Murad Xaçayev 2, Rüfət Abdulllazadə isə 1 oyunda meydanda olub.

1. Elvin Cəfərquliyev - 26.10.2000-ci il / 10 oyun (734 dəqiqə) - 1 qol.
2. Səbuhi Abdullazadə - 18.12.2001-ci il / 10 oyun (672 dəqiqə).
3. Süleyman Əhmədov - 25.11.1999-cu il / 8 oyun (401 dəqiqə).
4. Murad Xaçayev - 14.04.1998-ci il / 2 oyun (172 dəqiqə).
5. Rüfət Abdullazadə - 17.01.2001-ci il / 1 oyun (18 dəqiqə).

I tur / 17.08.2019 "Qəbələ" - "Sumqayıt" 0:2
Bu oyunda 4 "limit futbolçu" çıxış edib:
Murad Xaçayev / 90 dəqiqə
Səbuhi Abdullazadə / 4 dəqiqə
Elvin Cəfərquliyev / 67 dəqiqə
Süleyman Əhmədov / 23 dəqiqə

II tur / 24.08.2019 "Sumqayıt" - "Səbail" 0:3
Bu oyunda 3 "limit futbolçu" çıxış edib:
Elvin Cəfərquliyev / 90 dəqiqə
Səbuhi Abdullazadə / 90 dəqiqə
Rüfət Abdullazadə / 18 dəqiqə

III tur / 01.09.2019 "Neftçi" - "Sumqayıt" 2:1
Bu oyunda 3 "limit futbolçu" çıxış edib:
Murad Xaçayev / 90 dəqiqə
Elvin Cəfərquliyev / 90 dəqiqə
Süleyman Əhmədov / 24 dəqiqə

IV tur / 14.09.2019 "Sumqayıt" - "Zirə" 1:2
Bu oyunda 2 "limit futbolçu" çıxış edib:
Səbuhi Abdullazadə / 90 dəqiqə
Elvin Cəfərquliyev / 90 dəqiqə

V tur / 21.09.2019 "Sumqayıt" - "Sabah" 1:0
Bu oyunda 2 "limit futbolçu" çıxış edib:
Səbuhi Abdullazadə / 90 dəqiqə
Süleyman Əhmədov / 90 dəqiqə

VI tur / 27.09.2019 "Qarabağ" - "Sumqayıt" 2:0
Bu oyunda 2 "limit futbolçu" çıxış edib:
Səbuhi Abdullazadə / 90 dəqiqə
Süleyman Əhmədov / 90 dəqiqə

VII tur / 05.10.2019 "Sumqayıt" - "Keşlə" 0:0
Bu oyunda 2 "limit futbolçu" çıxış edib:
Səbuhi Abdullazadə / 90 dəqiqə
Elvin Cəfərquliyev / 90 dəqiqə

VIII tur / 20.10.2019 "Səbail" - "Sumqayıt" 0:2
Bu oyunda 2 "limit futbolçu" çıxış edib:
Səbuhi Abdullazadə / 84 dəqiqə
Elvin Cəfərquliyev / 30 dəqiqə

IX tur / 27.10.2019 "Sumqayıt" - "Neftçi" 2:4
Bu oyunda 3 "limit futbolçu" çıxış edib:
Səbuhi Abdullazadə / 90 dəqiqə
Süleyman Əhmədov / 18 dəqiqə
Elvin Cəfərquliyev / 8 dəqiqə

X tur / 03.11.2019 "Zirə" - "Sumqayıt" 2:2
Bu oyunda 3 "limit futbolçu" çıxış edib:
Elvin Cəfərquliyev / 90 dəqiqə
Süleyman Əhmədov / 22 dəqiqə
Səbuhi Abdullazadə / 3 dəqiqə

XI tur / 10.11.2019 "Sabah" - "Sumqayıt" 1:3
Bu oyunda 2 "limit futbolçu" çıxış edib:
Elvin Cəfərquliyev / 90 dəqiqə
Süleyman Əhmədov / 45 dəqiqə

XII tur / 22.11.2019 "Sumqayıt" - "Qarabağ" 2:1
Bu oyunda 3 "limit futbolçu" çıxış edib:
Süleyman Əhmədov / 90 dəqiqə
Elvin Cəfərquliyev / 89 dəqiqə
Səbuhi Abdullazadə / 45 dəqiqə

Xəbər Lenti