Vurğun "Sumqayıt"ın tarixinə düşdü

25 Noyabr 2019 14:22 Sumqayıt 643
Vurğun "Sumqayıt"ın tarixinə düşdü

Premyer Liqanın 12-ci turunun “Sumqayıt” - “Qarabağ” (2:1) oyunu meydan sahiblərinin kapitanı Vurğun Hüseynov üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi 2013-cü ildən şərəfini qoruduğu komandanın heyətində 159-cu çempionat matçına çıxıb.

O, bu müddətdə 1 qol vurub. Vurğun “Sumqayıt”ın tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçudur. Müdafiəçi sabiq komanda yoldaşı Bəxtiyar Həsənalızadənin 158 oyunluq rekordunu arxada qoyub.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!