"Qarabağ"a 2 qol və ana-bala sevinci - VİDEO+FOTOLAR

23 Noyabr 2019 00:42 Sumqayıt 1 161
"Qarabağ"a 2 qol və ana-bala sevinci - VİDEO+FOTOLAR

Azərbaycan Premyer Liqasında yaranmış fasilə başa çatıb. Sportinfo.az xəbər verir ki, turun açılış qarşılaşması Sumqayıtda baş tutub.

Belə ki, yerli komanda lider “Qarabağ”ı qəbul edib. Son iki matçda 4 xal toplayan "gənclik şəhəri" təmsilçisi 4-cü pillədəki mövqeyini qorumaq üçün son çempionu büdrətməli idi.

Qarşılaşmada hesabı da Ağdam təmsilçisi açıb. Amma ikinci hissənin ortalarında Peyman Babayinin qısa müddət ərzindəki dublu sumqayıtlılara əzmkar qələbə qazandırıb. Bu, həm də "Qarabağ"ın cari mövsümdəki ilk məğlubiyyəti olub.

İranlı hücumçu dublunu oyunu arenanın tribunalarının altında yerləşən otaqların birindən izləyən valideynləri ilə bayram edib. Ailə üzvləri təxminən bir həftədir Sumqayıta gəliblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu