"Qarabağ"ı udmaq möhtəşəm bir hissdir" - "Sumqayıt"ın müdafiəçisi

22 Noyabr 2019 22:22 Sumqayıt 874
"Qarabağ"ı udmaq möhtəşəm bir hissdir" -

Sportinfo.az "Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyevin müsahibəsini təqdim edir.

- Gözləyirdinizmi ki, çempionatın liderini məğlub edə biləcəksiniz?

- Hər oyunda baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Bu oyunda ilk hissədə istədiyimizi edə bilmədik. Amma fasilədən sonra məşqçimizin dediklərini reallaşdırdıq və qələbə qazandıq. "Qarabağ kimi komandanı udmaq möhtəşəm bir hissdir.

- Ardıcıl ikinci oyundur ki, ilk hissədə hesabda geridə olsaz da, ikinci yarıda geridönüş edirsiniz. Fasilədə baş məşqçi nə deyir, nə baş verir?

- Məşqçimiz hər oyuna necə lazımdır motivasiya verir. Fərq etmir, birinci hissə, ya ikinci olsun. Bu dəfə oyuna yaxşı başlamadıq. "Sabah"la da belə oldu. İkinci hissədə öz oyunumuzu tapdıq. Şükürlər olsun ki, iki oyundur ardıcıl qələbə qazanırıq.

- Paltardəyişmə otağında yaman sevinirdiniz. Deyəsən, klubun prezidenti mükafat söz verdi?

- Qələbə olanda mükafat da olur. Məbləği klubun prezidenti deyəcək. Nə verər, min bərəkət.

- Sonda milli ilə bağlı bir sual verim. Slovakiya - Azərbaycan oyununda fasilədə nə baş vermişdi?

- İcazə vermirlər danışmağa.

- Sadəcə olub, ya olmayıb?

- Böyüdüləsi bir şey deyildi. Yerində bəzən stress olur. Oyunda zamanı da kapitanımız mənim üstümə qışqıra bilər. Onu pis başa düşə bilərlər. Amma şişirdiləsi bir şey deyildi.

Digər Xəbərlər
Xəbər Lenti