"Sumqayıt"ın prezidenti "Allah kərimdir" dedi, sonra da...

22 Noyabr 2019 21:39 Sumqayıt 1 383
"Sumqayıt"ın prezidenti "Allah kərimdir" dedi, sonra da...

"Qarabağ" üzərində qələbədən (2:1) sonra "Sumqayıt"ın prezidenti Riad Rəfiyev müsahibə verib. Sportinfo.az klub rəhbərinin müsahibəsini təqdim edir:

- Bu qələbəni bütün Sumqayıt sakinlərinə həsr edirik. Sumqayıtın yaranmasının 70 illiyidir. Bu qələbə də bizdən şəhərimizə hədiyyə olsun.

- Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Maraqlı oyun oldu. Birinci hissədə bir qədər zəif çıxış etdik. İlk yarıda istədiyimizi edə bilmədik. Fasilədən sonra Ayxan müəllim komandanı toparlaya bildi, futbolçuları ikinci hissəyə yaxşı hazırladı. İkinci hissədə daha aqressiv, daha istəkli "Sumqayıt" gördük və istədiyimizə nail olduq. İkinci hissəni daha yaxşı keçirdik.

- Bu qələbəyə görə xüsusi mükafat olacaq?

- Əlbəttə, mükafat olacaq. Bu barədə bir qədər sonra özümüz danışacağıq.

- Məbləğ əvvəlkilərə nisbətən çox olacaq?

- Bu klubun sirridir, açıqlaya bilmərəm.

- Qələbə qazanacağınızı gözləyirdiniz?

- Biz hər oyuna qalibiyyət üçün çıxırıq.

- Son vaxtlar "Sumqayıt" yüksəlişdədir. Gələcəkdə bu tempi qoruyub saxlaya biləcəksiniz?

- Gəlin gələcəyə baxmayaq. Bu gün komanda yaxşı oynayır. Həm də əsas odur ki, "Sumqayıt"da oyun dəsti-xətti var. Bu gün qalib gəlmişik, sevinirik, amma gələcəkdə necə olacaq, Allah kərimdir. Ümid edirəm, bundan da yaxşı olar.

- Qış fasiləsi yaxınlaşır. Artıq komandanın hazırlıq planı bəllidirmi?

- Böyük ehtimalla yenə də Türkiyədə hazırlıq keçəcəyik. Komanda neçə mövsümdür orda hazırlaşır, bu dəfə də elə olacaq.

- Qışda yeni transferlər olacaqmı?

- Ona baxacağıq. Hələlik komanda yaxşı təsir bağışlayır. Ola bilər yalnız 1 futbolçu götürək. Amma hazırda komanda bizi tam qane edir. Sadəcə oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Elə olsa, nəticələr də get-gedə müsbət olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti