"Qarabağ"a oxşar qollar vurduq"

22 Noyabr 2019 21:28 Sumqayıt 768
"Qarabağ"a oxşar qollar vurduq"

"Sumqayıt" - "Qarabağ" oyunundan (2:1) meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, Abbasov şəhərə bayram hədiyyəsi verdiklərini deyib:

"Şəhərimizin 70 illik yubileyi idi. Ona görə də qələbə hədiyyə edə bildik. Rəqib güclü olsa da, qalib gəldik".

38 yaşlı mütəxəssis bildirib ki, fasilədə futbolçulara onlardakı istəyi gördüyünü dediyini bildirib:

"Biz təkcə bu günü düşünmürük. Gələcəkdə daha çətin olacaq. Fiziki cəhətdən Premyer Liqa klublarının bütün komandaları eyni səviyyədədir. Əsas psixoloji hazırlıqdır. İndi geri düşsək də, sona qədər mübarizə aparırlar. Bu da bizi sevindirir. İlk yarıda bizdə aqressiya çatışmırdı. Rəqib topa sahib olmağı sevən komandadır. Bunu nəzər almışdıq. İkinci hissədə taktiki dəyişiklik etdik və oxşar qollar vurduq. Peyman Babayidə perspektiv görüb dəvət etmişik. Bura gələndən çox dəyişib. Bu gün 5 qolla bombardirlər sırasında olması bizi sevindirir"

Digər Xəbərlər
Xəbər Lenti