"Təki "Qarabağ"ı udaq, qoy adı sensasiya olsun"

22 Noyabr 2019 14:41 Sumqayıt 822
"Təki "Qarabağ"ı udaq, qoy adı sensasiya olsun"

"Bizi "Qarabağ"a qarşı çətin və vacib oyun gözləyir. Görüşə yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, “Qarabağ”dan xal və xallar alaq". Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov deyib.

Bu gün Azərbaycan Premyer Liqasında milli komandaların seçmə mərhələdəki oyunlarına görə yaranan fasilə başa çatır. “Sumqayıt” Premyer Liqanın 12-ci turunda “Qarabağ”la qarşılaşacaq. “Kimyaçılar”ın kapitanı onları ağır oyunun gözlədiyini etiraf edib:

“Qarabağ” çempionatımızdakı digər komandalardan iki qat güclüdür. Onları məğlub etmək üçün baş məşqçimiz lazımı tapşırıqlarını verib. Ayxan Abbasovun dediklərini yerinə yetirə bilsək, yaxşı nəticə qazanarıq. Təki biz “Qarabağ”ı udaq, qoy adı sensasiya olsun.

Bəli, “Qarabağ”ın “Sevilya” ilə oyunu var. Amma düşünmürəm ki, bizimlə oyunu ikinci plana atsınlar. Çünki onlar çempionluğa oynayan komandadır. Həm də “Qarabağ”ın iki cəbhədə oynamaq üçün kifayət qədər geniş heyəti var".

Digər Xəbərlər
Xəbər Lenti